Modern.az

İmtahan sessiyası ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilir

İmtahan sessiyası ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilir

Təhsil

6 Yanvar 2025, 16:03

Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Bu barədə Modern.az-a Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin 11.12.2024-cü il tarixli əmrinə əsasən, akademik təqvimə uyğun olaraq ali və orta ixtisas təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Qeyd edilib ki, imtahan sessiyası 100-dən artıq təhsil müəssisəsini əhatə edir və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu