Bakı Şəhər İcra Hakimiyyətindən uşaq bağçalarında vahid geyimə keçidi təsdiqləyiblər. Meriyadan Modern.az-a verilən məlumata görə, vahid formaya keçid bu gündən qüvvəyə minib. Yeni libaslar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan bütün bağçalara paylanıb.
“Bu təşəbbüs uşaqların təmiz, səliqəli görünməsi üçündür”, – deyə BŞİH-dən bildirilib.
Modern.az-ın geyim dəstlərinin hansı firma ilə bağlanmış müqavilə əsasında alınması və xərclənmiş vəsait haqda sorğuları cavablandırılmayıb.

Gülşən Raufqızı