Modern.az

"Sərhədyanı bölgələrlə bağlı məsələni parlamentdə yenidən qaldıracam”

"Sərhədyanı bölgələrlə bağlı məsələni parlamentdə yenidən qaldıracam”

Təhsil

15 Yanvar 2014, 12:40

“Azərbaycanın sərhədə yaxın bölgələrində yaşayan insanların rifah halının yaxşılaşdırılması üçün müəyyən güzəştlər nəzərdə tutan qanun layihəsinin qəbulu haqda təklifi Milli Məclisin yaz sessiyasında yenidən qaldıracam”.

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O, qeyd edib ki, səsləndirdiyi təkliflər regionların inkişafı ilə bağlı Dövlət Proqramında da nəzərdə tutulub. “Təbii ki, bu məsələ cənab prezidentin diqqət mərkəzindədir. Regionların inkişafına dair Dövlət Proqramında da bu məsələlərə müəyyən qədər diqqət yetirilib. Eyni zamanda Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində cari məsələlərin müzakirəsi zamanı o təklifi yenidən səsləndirəcəyəm ki, gündəmdə olsun. Hesab edirəm ki, bu vacib məsələdir”.

Qeyd edək ki, Elman Məmmədov əhalinin riskli ərazilərdən köçməməsi üçün sərhədyanı bölgələrdə müvafiq iş yerlərinin açılması, gənc mütəxəssislərin oraya cəlb olunması, həmin yaşayış məntəqələrində böyüyüb başa çatmış, sonra müxtəlif yerlərdə təhsil alan gənclərin yenidən həmin yaşayış yerlərinə qayıdıb orada işləmələri üçün imtiyazların olması təklifini səsləndirmişdi. O eyni zamanda bildirmişdi ki, şəhərlərdən ucqar yerlərə gedib işləyən mütəxəssislərin maaşında fərq olmalıdır. Onlar daha çox maaş almalı, müəyyən güzəştlərdən yararlanmalıdırlar.

 

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB