Modern.az

Havanın temperaturu 18 dərəcəyə yüksələcək

Havanın temperaturu 18 dərəcəyə yüksələcək

Təhsil

15 Yanvar 2014, 13:15

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 18 dərəcəyə yüksələcək.     

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 10-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 16-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-14, bəzi yerlərdə 18 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır

 

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?