Modern.az

Aprelin 1-dən Azərbaycanda "Avro-3"ə keçmədən "Avro-4" standartları tətbiq ediləcək

Aprelin 1-dən Azərbaycanda "Avro-3"ə keçmədən "Avro-4" standartları tətbiq ediləcək

15 Yanvar 2014, 16:55

Foto: Azərbaycanda aprelin 1-dən Avro-3-ə keçmədən Avro-4 ekoloji standartları tətbiq ediləcək / Energetika

Azərbaycanda Avro-3 standartlarına keçmədən Avro-4 ekoloji standartları tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, standartların tətbiqinə bu il aprelin 1-dən başlanacaq. Bu həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir.

Rusiya istehsalı olan avtomobillər Avro-4 ekoloji standartlarına cavab verəcəyi halda ölkəyə idxal olunacaq.

1 aprel 2014-cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitəsinin buraxılış illəri

Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Niderland, İtaliya və s.)

2005-ci ildən

ABŞ

2004-cü ildən

Yaponiya

2011-ci ildən

Çin

2011-ci ildən

Koreya

2006-cı ildən

Türkiyə

2009-cu ildən

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB