Modern.az

UNEC beynəlxalq reytinqdə yenidən ölkə birincisi oldu!

UNEC beynəlxalq reytinqdə yenidən ölkə birincisi oldu!

28 Yanvar 2025, 13:45

Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan Webometrics (Ranking Web of Universities 2025 ) növbəti reytinq siyahısını açıqlayıb.

Modern.az xəbər verir ki, 200-dən çox ölkədən, 32.000-dən çox ali təhsil müəssisəsinin reytinqini müəyyən edən Webometrics-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinciliyini qorumaqla yanaşı, dünya sıralamasında 120 pillə irəliləyərək, 2840-cı yerə yüksəlib. Reytinqə Harvard Universiteti  liderlik edir.

Qeyd edək ki, Webometrics dünya universitetlərinin akademik və rəqəmsal fəaliyyətlərini qiymətləndirən ən böyük reytinq sistemidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu