Modern.az

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir - FOTO

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir - FOTO

Təhsil

28 Yanvar 2025, 17:34

Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenidən qurulur.

Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında məktəbin idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Layihəçi "Pro Technical Consulting" MMC, podratçı isə "Global Interiors Group" MMC-dir.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Layihəyə əsasən, ərazidə inzibati korpus, idman korpusu (tribuna), yeraltı nasosxana, futbol meydançası, parklanma sahəsi, qazanxana və digər infrastruktur obyektləri olacaq.

Tikinti işləri cari ilin iyun ayında yekunlaşdırılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu