Modern.az

Bu universitetin işçilərinin maaşı 15 faiz ARTIRILDI

Bu universitetin işçilərinin maaşı 15 faiz ARTIRILDI

Təhsil

30 Yanvar 2025, 12:08

Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının əmək haqqısı artırılıb.

Modern.az xəbər verir ki, müvafiq qərar Universitetinin Elmi Şurası tərəfindən qəbul edilib.

Yeni qərara əsasən universitetin əməkdaşlarının əmək haqqı orta hesabla 15% artırılıb.

Bu qərar universitetin inkişafına daha da töhfə vermək və işçilərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyıb.

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov qərarın universitetin əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsi və onların fəaliyyətinə daha da stimul verilməsi məqsədini daşıdığını vurğulayıb. O, həmçinin, bu addımın universitetin daha da güclənməsinə və yüksək səviyyədə təhsil təmin etməyə yönəlmiş olduğunu qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu