Modern.az

Doktorantura təhsili birpilləli sistemə keçirilir - Nazirlikdən açıqlama

Doktorantura təhsili birpilləli sistemə keçirilir - Nazirlikdən açıqlama

Təhsil

30 Yanvar 2025, 17:16

Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır.

"Bildiririk ki, beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə açıqlamada qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu