Bu gün Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi Forumu tərəfindən “QHT qanunvericiliyinə təklif olunan son dəyişikliklər: onun məzmunu və Azərbaycan gerçəkliyində gözlənilən nəticələri” mövzusunda konfrans keçirilib. Konfransa tanınmış şəxslər, səfirlər və onların nümayəndələri dəvət olunub.
“Vətəndaş Cəmiyyətini fəaliyyətini tənzimləyən bir neçə qanunvericilik qanunlarına müəyyən dəyişikliklər baş verib. Bu dəyişikliklər paketi 2009, 2010 və 2012-ci illərdə olub. Hazırda yeni paket müzakirə üçün parlamentdən keçib və parlamentdə ötən ilin dekabrındakı iclasında bu dəyişikliklərə səs verilib. Bununla əlaqədar olaraq, bizdə öz növbəmizdə qərara gəldi ki, bu dəyişikliklər paketini Prezident tərəfindən imzalanmaması üçün müəyyən cəhdlər edək. Paketə etiraz etmək üçün ötən ilin sonunda Prezident Administrasiyasında olduq. Vətəndaş Cəmiyyəti adından narazılığımızı bildirdik”. Modern.az xəbər verir ki, bunu konfransda moderator rolunda çıxış edən İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu deyib. QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə təklif olunan son dəyişikliklərə münasibət bildirən Hüquqi Təşəbbüslər Mərkəzinin sədri Ziya Quliyev deyib: “QHT-lərin fəaliyyətini məhkəmələr vasitəsilə dayandırılması məsələsinə ümumi olaraq hüquq normaları yaradılıb. Onların üzvlərinə səlahiyyətlər verilib. Bundan başqa, dəyişikliklər 5 qanunvericilik forması üzrə aparılıb. Adi çəkilən qanunda 7 sayda yeni əlavə məsuliyyət müəyyən olunub. Ümumən isə 50-dən çox dəyişikliklər nəzərdə tutulub. QHT-lərin fəaliyyətini, onların qeydiyyatı ilə bərabər reyestri çıxarışlarının alınması, reyestrlərin etibarlılıq müddəti, vacib QHT-lərin qeydiyyatı və sədr müəlliflərinin kimliyinin müəyyən edilməsi məsələləri xüsusi məsələlərdir”.Konfransda iştirak edən “Hüquq və İnkişaf” İctimai birliyinin sədri Hafiz Həsənov bu məsələ ilə bağlı fikirlərində qeyd edib. “Belə dəyişikliklər zamanı yaranan vəziyyət təkcə QHT-lərə deyil, eyni zamanda siyasi partiyalara da aid edilir. Problem yaradan məsələlərə gəlincə, bu dəyişikliklər qəbul olunarsa, qeydə alınmayan QHT-lərin fəaliyyətini demək olar ki, mümkünsüz olacaq. Dolayısı ilə qeydiyyata alınmayan QHT-lərin fəaliyyəti qadağan olunacaq”.
Rafiq Qənbərov