Modern.az

Partiyalar proporsional seçki sisteminin bərpasının tərəfdarıdır

Partiyalar proporsional seçki sisteminin bərpasının tərəfdarıdır

16 Yanvar 2014, 16:36

Azərbaycanda proporsional seçki sisteminə keçmək üçün əsaslı təkliflər səsləndirilib. Ekspertlər də hesab edir ki, majoritar seçki sistemindən imtina etmək lazımdır. Modern.az saytı Azərbaycanda proporsional seçki sisteminin yenidən tətbiqi ehtimalı ilə bağlı partiya sədrlərindən  mövqe öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, bu keçid Azərbaycanın bir sıra məqamlarda gec qaldığı ən ciddi məqamlardan biridir. Onun sözlərinə görə, Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda parlamentarizmin vəziyyəti yaxşı deyil:
“Ölkədə güclü, sağlam parlament yaratmaq məsələsi vacibdir. Parlamentdə peşəkarlıq səviyyəsi xeyli aşağıdır, bu da majoritar sistemdən qaynaqlanır. Majoritar sistemlə keçirilən seçkilərdə maliyyə imkanları olan birinə bilgi sahibinin, layiqli namizədin qalib gəlməsi məhduddur. Ən azından qarışıq seçki sisteminə keçirilməlidir. Xaricdə təmsilçilik baxımından da proporsional seçki sistemi əhəmiyyətə malikdir. Avropa İttifaqında təmsil olunan qruplarda Azərbaycanın heç bir partiyası yer almır. Ancaq Ermənistanın 5, Gürcüstanın 3 partiyası orda var. Qəbul olunan qərarlara təsir etmək imkanlarımız olmur. Bir nəfərlə parlamentdə təmsil olunmaq Avropa tərəfindən müsbət qarşılanmır”.

ADP sədri Sərdar Cəlaloğlu da hesab edir ki, Azərbaycanda proporsional seçki sisteminə keçmək mütləqdir. Onun fikrincə, Azərbaycanda demokratiyanın inkişafı, seçkilərin saxtalaşdırılması problemi proporsional seçki sisteminin ləğvi ilə daha da ağırlaşıb: “Proporsional sistemin ləğv edilməsi  Azərbaycanda demokratiyanın qapılarının bağlanması deməkdir. Əgər majoritar sistem ləğv olunsa, çoxpartiyalı sistem inkişaf edər və demokratik proseslər sürətlənər”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB