Modern.az

Sülhəddin Əkbər: “Milli Şurada heç bir qüvvə hegemonluq etməməlidir”

Sülhəddin Əkbər: “Milli Şurada heç bir qüvvə hegemonluq etməməlidir”

16 Yanvar 2014, 17:23

Milli Şuranın bugünkü sessiyasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər çıxış edib. Modern.az-ın məlumatına görə, S. Əkbər çıxışında bir sıra təkliflər irəli sürüb.

“Milli Şuranın funksiyası müəyyənləşdirilməlidir. Hakimiyyət tərəfindən təzyiqə baxmayaraq, Milli Şura fəaliyyətini davam etdirir. Bütövlükdə müxalifətin durumu qənaətbəxş deyil. Xalq nə hakimiyyətə inanır, nə də müxalifətə. Biz bu vəziyyəti nəzərə almalıyıq. Qarşımıza konkret məqsəd qoymalıyıq. Ona görə də bütün diqqəti fəaliyyətə yönəltməliyik. Təkliflərim bundan ibarətdir: Koordinasiya Şurası və Məşvərət Məclisi yaradılmalıdır, partiyaların siyasi maraqları arxa plana keçməlidir. Milli Şuranın kövrək bir mühitin olmasını nəzərə almaq lazımdır, Milli Şurada heç bir qüvvə hegemonluq etməməlidir. Struktur islahatları da aparılmalıdır. Burada olan partiyaların yeni üzv qəbul etməsinin qarşısını almaq lazımdır. İdarəçilik kollegial olmalıdır. Qurumun sədri özünə mətbuat katibi seçə bilər. Amma Sədr Aparatına ehtiyac yoxdur”, – deyə S. Əkbər qeyd edib.   İlkin PİRƏLİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB