Modern.az

Əli Kərimlinin müavini: “Müsavat Partiyası Milli Şuradan qoparıldı”

Əli Kərimlinin müavini: “Müsavat Partiyası Milli Şuradan qoparıldı”

16 Yanvar 2014, 17:46

“Hakimiyyətin təzyiqləri nəticəsində Müsavat Partiyası Milli Şuradan qoparıldı. Azərbaycan cəmiyyəti bunu ifşa etdi. Onlar gedəndə müxalifətçi kimi getmədilər. Müsavat artıq müxalifət adını itirdi”.

Modern.az
-ın məlumatına görə, bunu Milli Şuranın bugünkü sessiyasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, qeyd edib ki, bundan sonra Milli Şura ilə bağlı yeniliklər etmək lazımdır: “Əsas Koordinasiya Şurası formalaşdırılmalıdır. Şura sessiyalararası dövrdə Milli Şura ilə bağlı işlər görməli və sessiyada hesabat verməlidir”.

Daha sonra çıxış edən Milli Şura üzvü Vidadi Mirkamal ziyalıların qurumdan uzaqlaşdığını bildirib: "Müxalifət son bir ay ərzində çox ciddi zərbələr aldı. Hakimiyyət qalıb kənarda müxalifət bir-birini didir. Artıq bizdən iyrənirlər. Ziyalılarla söhbətimdə bunların şahidi oluram. Bu mübahisələr, təhqirlər dayandırılmalıdır. Fərqi yoxdur ki, mübahisəni kim yaradır”.

İlkin PİRƏLİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB