
Partiyanın Milli Şura ilə qərarı sürpriz deyil, fəaliyyətimizi davam etdiririk”.
Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O, müxalif qüvvələrinin Milli Şurada bir araya gəlməsini müsbət qiymətləndirib:
“Əvvəllər deyirdilər ki, müxalifət bir araya gələ bilmir. Amma Cəmil Həsənlinin və Rüstəm İbrahimbəyovun xidmətləri əsasında bir yerə gələ bildik. Bu, bizim uğurumuzdur. Təkliflərlə bağlı Sülhəddin Əkbərin dediklərini dəstəkliyirik. Bu mübarizəni davam etdirməliyik”.
Milli Şuranın üzvü Hacıbaba Əzimov da çıxışında Milli Şuranın seçki ilə bağlı yekun rəyinin olmamasından şikayətlənib: “Deyirdilər, yekun rəy hazırdı? Bəs haradadır? Niyə açıqlamırsız? Hətta ATƏT-in Varşava bürosu da rəyini açıqladı, amma Milli Şura isə heç bir rəy ortaya qoymayıb”.
O, bəzi üzvlərin Milli Şuradan getməsinə təəssüfləndiyini bildirib: “Bəziləri var, getməli idi, amma bəziləri də var ki, burada qalmalı idi. Hakimiyyət müəyyən mənada Milli Şura daxilində narahatlıq yarada bildi. Nəisə, gedənlərə Allah can sağlığı versin. Biz isə qalanlarla fəaliyyətimizi davam etdirməliyik”.
İlkin