Modern.az

Əli Kərimlidən ATMACA: “Yola çıxdığımız yoldaşlarla davam edə bilmədik”

Əli Kərimlidən ATMACA: “Yola çıxdığımız yoldaşlarla davam edə bilmədik”

16 Yanvar 2014, 18:26


“Milli Şura yaramamışdan əvvəl mübarizə aparmış insanlarıq. Biz Milli Şuranın yaradılmasına açar kimi baxırdıq. Amma biz yola çıxdığımız yoldaşlarla bir yerdə davam edə bilmirik. Biz seçim etmişik, yolumuza davam edirik. Kimlərsə bizdən ayrıla bilər. Amma bu o demək deyil ki, biz yenidən vəziyyəti təftiş etməliyik”.
Modern.az-ın məlumatına görə, bunu AXCP sədri Əli Kərimli Milli Şuranın sessiyasımda çıxışında deyib. O bildirib ki, funksional əməkdaşlıq elə də uğurlu variant deyil: “Biz bu yolda mübarizəmizi davam etdirməliyik. Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etməliyik. Milli Şura ilə bağlı hər hansı təmənnamız yoxdur. Bunu bilin ki, hakimiyyət qalmayacaq, onların bu cür güc nümayiş etdirməyinə fikir verməyin”.

İlkin 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB