Modern.az

Milli Şuranın sessiyasında QALMAQAL - Koordinasiya Şurası yaradıldı

Milli Şuranın sessiyasında QALMAQAL - Koordinasiya Şurası yaradıldı

Təhsil

16 Yanvar 2014, 21:26

Milli Şuranın yanvarın 16-da keçirilən sessiyasında qurumun Koordinasiya Şurasının yaradılmasına qaərar verilib. Daha sonra Milli Şura sədri Cəmil Həsənli Koordinasiya Şurasının üzvlüyünə namizədlərin siyahısını açıqlayıb.
Modern.az-ın məlumatına görə, siyahıya Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Əli Kərimli, Mehriban Vəzir, Mehman Əliyev, Mirmahmud Mirəlioğlu, Fuad Ağayev, Leyla Yunus, Rafiq Manaflı, Mirvari Qəhrəmanlı, Eldəniz Quliyev, İbrahim İbrahimli, Kamil Vəli Nərimanoğlu, Hacıbaba Əzimov, Nurəddin Mustafayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Rövşən Əhmədli Namizəd Səfərovun adı salınıb.

Milli Şuranın üzvü Mehdi Səfərov bu siyahıya etiraz edib. O deyib ki, Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır:
“Milli-etnik münaqişə yaradan adam burada olmamalıdır. Hacıbaba Əzimov Milli Şurada olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib”.
VAMP Hacıbaba Əzimov bundan bərk qəzəblənib. Hacıbaba Əzimovu AXCP sədri Əli Kərimli sakitləşdirib.

Bundan başqa, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər AXCP üzvləri onun Koordinasiya Şurasının üzvü seçilməsinə etiraz ediblər. Onlar fikirlərini M.Vəzirin mətbuatda Milli Şura əleyhinə çıxışları ilə əsaslandırıblar.

Etirazlara baxmayaraq bütün namzədlər təsdiqlənib və bununla da Milli Şuranın Koordinasiya Şurası yaradılıb.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB