Modern.az

Həmin məzunlara diplomların verilməmə səbəbi AÇIQLANDI

Həmin məzunlara diplomların verilməmə səbəbi AÇIQLANDI

Təhsil

6 Fevral 2025, 18:00

Nazir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməsinin gecikməyinə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.

E.Əmrullayev bildirib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır:

"Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu