Modern.az

Mədət Quliyev həbsxanaların Bakıdan köçürülməsinə aydınlıq gətirdi

Mədət Quliyev həbsxanaların Bakıdan köçürülməsinə aydınlıq gətirdi

20 Yanvar 2014, 11:51

 

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev Şəhidlər Xiyabanını ziyarət edib.

General penitensiar xidmətin gördüyü işlər barədə jurnalistlərə açıqlama verib.

Modern.az saytının Şəhidlər xiyabanında olan əmədaşının verdiyi məlumata görə, general bildirib ki, Cənab Prezidentin tapşırıqları ilə ildən-ilə müasir tələblərə uyğun işlər qurulur: “Bununla əlaqəli həm texniki material bazamız bərkidilir, həm də yüksək səviyyəli işlər görülür. Bu gün heç bir dövlətdə məhkumlara hər cür şərait yaradılan 10 cəza çəkmə müəssisəsi tikilməyib. Belə cəzaçəkmə müəssisələri ancaq bizim ölkəmizdədir. Üçü artıq tikilib istifadəyə verilib, yeddisi isə tikilir. Mən keçən il noyabrında Belçikada Avropa penitensiar xidmətinin müşavirəsində oldum. Orda digər Penitensiar xidmətin rəhbərləri çox təccüblənirdilər ki, Azərbaycanda bu xidmətə xüsusi diqqət var. Bununla əlaqali əməkdaşlarımıza xüsusi diqqət ayrılır və onların fiziki döyüş hazırlığına diqqət yetirilir. Keçən ilin dekabr ayında Şəki cəzaçəkmə müəssisəsi tikilərək istifadəyə verildi. Orada yüzdən artıq məhkum saxlanılır. Saxlanılan məhkumlar isə şəraitdən həmişə razılıqlarını bildirirlər” deyə, Mədət Quliyev vurğulayıb.

Cəzaçəkmə müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsinə toxunan rəis deyib ki, indi şəhərimiz böyüyür və yeni tikilən cəzaçəkmə müəssisələri vaxtı gələndə şəhərin mərkəzindən köçürüləcək.

Keçən il Ədliyyə Nazirliyinin tibb xidmətinin gördüyü işləri yüksək səviyyədə idi. Beynəlxalq Qırmızı Xaç Komitəsi də bunu bəyan etdi. Bununla əlaqəli Amerikada keçirilən tədbirdə bütün penitensiar xidmətin əməkdaşlarının gördüyü işlər yüksək qiymətləndirildi və onlar mükafatlandırıldı”.

 

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB