Modern.az

Azərbaycanda sükut dəqiqəsi...

Azərbaycanda sükut dəqiqəsi...

20 Yanvar 2014, 12:23

Foto: 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil və qatarların hərəkəti dayandırılıb / Cəmiyyət

Yanvarın 20-də Bakı vaxtilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon, kənd və qəsəbələrində, idarə və müəssisələrində anma mərasimləri keçirilmiş, dövlət bayraqları endirilib.
Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzüblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB