Modern.az

Azəbaycan Müdafiə Nazirliyi erməni təxribatı haqda bəyanat verdi

Azəbaycan Müdafiə Nazirliyi erməni təxribatı haqda bəyanat verdi

20 Yanvar 2014, 12:34

Modern.az saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu təxribat yalan informasiyalara əsaslanır

”Yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq, təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar.
Ermənistan ordusundakı itkilər, hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir”-deyə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.
 
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB