Modern.az

“YAP-dakı komissiyalar şikayətlərlə bağlı yaradılmayıb” - AÇIQLAMA

“YAP-dakı komissiyalar şikayətlərlə bağlı yaradılmayıb” - AÇIQLAMA

Təhsil

21 Yanvar 2014, 12:59

“Yeni Azərbaycan Partiyasının ötən il formalaşdırdığı komissiyalar şikayətlərlə bağlı yaradılmayıb”. Bunu Modern.az saytına YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, komissiyaların fəaliyyət perspektivi  barədə danışıb. YAP rəsmisinin sözlərinə görə komissiyalar hakim partiyanın ayrı-ayrı sahələr üzrə fəaliyyətini istiqamətləndirəcək.

“Komissiya sədrləri komissiya tərkibinə daxil olan şəxslərin iştirakı ilə müxtəlif məsələləri müzakirəyə çıxaracaq. Komissiyalar konfranslar və dəyirmi masalar cəmiyyəti maraqlandıran ayrı-ayrı məsələlər haqda toplantılar keçirəcək”-deyə M.Qurbanlı qeyd edib.  

YAP funksioneri bildirib ki, komissiyalar tərtib olunan plan üzrə tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, YAP icra katibinin digər müavini, deputat Siyavuş Novruzov isə Modern.az saytına verdiyi açıqlamada bildirmişdi ki, komissiyalar ölkə səviyyəsində olan problemləri müəyyənləşdirmək və təkliflər hazırlamaq üçün  yaradılıb.

 

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB