Modern.az

Mətbuat katibi hansı ölkədə yaşadığını unudub

Mətbuat katibi hansı ölkədə yaşadığını unudub

21 Yanvar 2014, 15:42

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun jurnalistlərə verdiyi müsahibədə “Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndində, işğal altında olan bütün ərazilərdə dalğalanacaq” fikri son vaxtlar onsuz da çox narahat görünən ermənilərə olduqca pis təsir edib. Belə ki, qondarma “Dağlıq Qarabaq respublikası” prezidentinin “mətbuat katibi” David Babayan tez-tələsik bu fikrə reaksiya verib.
Modern.az-ın xəbərinə görə, “News.am” informasiya agentliyinə verdiyi müsahibədə Babayan Bayram Səfərovun fikrini belə şərh edib:

“Azərbaycanın bayrağı Dağlıq Qarabağda dalğalanacaq. Ancaq bu bayraq Azərbaycanın Dağlıq Qarabağdakı səfirliyinin binasının üstündə dalğalana bilər. Biz Stepanakertdə, Şuşada, yaxud da məqsədəuyğun saydığımız yerdə Azərbaycanın səfirliyi üçün yer ayıra bilərik”.

Daha sonra David Babayan qeyd edib ki, əgər Bayram Səfərov Azərbaycanın bayrağının müharibə nəticəsində Qarabağda dalğalanacağını nəzərdə tutursa, yanılır, müharibə olarsa bizim bayrağımız Bakıda, Prezident Sarayının, Qız Qalasının və digər vacib binaların üstündə dalğalanacaq.

Deyəsən “mətbuat katibi” hansı ölkədə yaşadığını unudub. David Babayan ya dərk etmir, ya da dərk etmək istəmir ki, dünyanın qəbul etdiyi xəritədə çörəyini yeyib, suyunu içdiyi Qarabağ birmənalı şəkildə Azərbaycana məxsusdur. Bəlkə tarixi unudub? Bəlkə yaddaşında problem var? Bəlkə xəstəliyə düçar olub? Yəqin David Babayana Qarabağın havası düşmür. Axı müqəddəs Qarabağ torpaqları haram adamları sevmir. Yazıqlar olsun qondarma “prezidentə” ki, qondarma “mətbuat katibi” bu dərəcədə gerizəkalıdır.

İlham Cəmiloğlu  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB