Modern.az

Kiyevdəki aksiyada bir nəfər güllələndi

Kiyevdəki aksiyada bir nəfər güllələndi

22 Yanvar 2014, 10:29

Kiyevin Qruşevski küçəsində etirazçılarla güc strukturları arasında davam edən qarşıdurmada artıq bir nəfər ölüb. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, adı hələ ki açıqlanmayan gənc odlu silahdan açılan atəş nəticəsində yaralanıb və bu gün səhər saatlarında keçinib. Bu faktı Avropa meydanındakı tibbi xidmətin həkimlərindən biri də təsdiqləyib. Onun sözlərinə görə, gənc oğlanı snayper güllələyib. İndi etirazçılar “Qatillər!” və “Eşq olsun Ukraynaya!” şüarları qışqırırlar.
Qeyd edək ki, bu hadisədən sonra Ukrayna paytaxtındakı qarşıdurma bir qədər də qızışıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB