Son vaxtlar İsrail ictimaiyyətini daha çox dost Azərbaycanın müasir tarixi ilə bağlı məlumatlanır. İl ərzində İsraildə keçirilən Azərbaycan günləri çərçivəsində yəhudi dövlətinin sakinlərinə Azərbaycan haqqında geniş məlumat verilir və Azərbaycanın mədəniyyətindən, tarixindən, müasir siyasi reallıqları haqqında bəhs edilir.
Heydər Əliyev Fondunun dəstəyi, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası-"Aziz" və Hayfa Universiteti yanında İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə Mərkəzin təşkilatçılığı ilə qanlı 20 yanvar hadisələrinin anma axşamı keçirilib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından Modern.az-a bildirilib ki, qanlı yanvar faciəsi İsraildə ilk dəfə bu səviyyədə keçirilib. Qeyd edilib ki, Sovet ordusunun antihumanist hərəkətləri nəticəsində azərbaycanlılarla yanaşı yəhudilər, ləzgilər, ruslar və tatarlar həlak olub.
Tədbirdə Qalina Qayduk bildirib ki, onun bacısı qızı - on altı yaşlı Vera Bisantina snayper atəşi nəticəsində öz evində olarkən həlak olub. Tibbi yardım həkimi Aleksandr Marxevkanın qohumları, qeyd ediblər ki, 24 il keçsə də onlar bu ağır itkidən özlərinə gələ bilmirlər. Şəhid Yan Yana Meeroviçin xanımı - Valentina öz başsaölığını bütün Azərbaycan xalqına çatdırılmasını xahiş edib və kədərlə deyib ki, həmin vəhşi qırğın gecəsində onun əri Yan Meeroviç azərbaycanlı dostları ilə bərabər qanlı yanvarın qurbanı olub."Yan Azərbaycanı və Azərbaycan xalqını dünyalar qədər sevirdi".
Anma axşamı zamanı tanınmış kinorejissor Andrey Konçalovskinin "Hakimiyyət Yükü" filmindən ivrit dilnə tərcümə edilmiş bir hissə nümayiş etdirilərək həmin dəhşətli "qara yanvar" günlərinə qaytarıb.
Hayfa Universitetinin mərkəzi zalında fotoşəkillərindən ibarət sərgi də keçirilib. Bu sərgi "Aziz" Assosiasiyasının nümayəndəsi, Azərbaycanda fotoqraf işləmiş Boris Dobin tərəfindən çəkilib. Bu şəkillərdə sərgi iştrakçıları dağıdılmış avtobuslar və təcili yardım maşınları, iki milyonluq dəfn mərasimi, Azərbaycan xalqının şəhidlərini görüb. Şəkillər gələcək nəsillərə Azərbaycan xalqının müstəqillik yolunda dəhşətli və qanlı hadisələr haqqında bir xatirədir. Boris Dobin Heydər Əliyev Fonduna Qanlı Yanvar hadisələrinə həsr olunmuş 67 foto kolleksiyasını bəxş edib.
Tədbirdə İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə Mərkəzin direktoru, doktor Soli Şaxvar çıxış edib. O, qeyd edib ki, Qanlı Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda həm qanlı və eyni zamanda şərəf və qürur səhifəsidir. Doktor Soli Şaxvar "Aziz" Assosiasiyasının rəhbərliyinə bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.
Mərkəzin elmi əməkdaşı Emil Abramov bildirib ki, Mərkəz Azərbaycan tarixinin öyrənilməsi ilə məşğuldur və Azərbaycan-İsrail münasibətlərinin inkişafı ilə bağlı birgə projelərin keçirilməsində maraqlıdır. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın nümayəndələri Yeganə Salman, Arye Qut və Mehman Quliyev 20 yanvar tarixində Sovet rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açıblar.
Modern.az