Modern.az

ADPU-da tələbə təqaüdləri niyə gecikdirilir? - Rəsmi CAVAB

ADPU-da tələbə təqaüdləri niyə gecikdirilir? - Rəsmi CAVAB

Təhsil

20 Fevral 2025, 09:40

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri sosial şəbəkələrdə yanvar ayının təqaüdlərinin hələ də verilməməsindən narazılıq ediblər.

Tələbələrin təqaüdü niyə onların hesabına köçürülmür?

Modern.az mövzu ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

ADPU-dan bildirilib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır:

“Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisələrində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də, problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək”.

Bildirilib ki, yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi