Modern.az

“Partiyalarla əməkdaşlıq məsələsi Müsavat Divanında müzakirə olunacaq”

“Partiyalarla əməkdaşlıq məsələsi Müsavat Divanında müzakirə olunacaq”

Təhsil

22 Yanvar 2014, 14:21

“İki həftədir, Divanın iclası təxirə salınır. Biz partiyalara təkliflərimizi vermişik, onlar da cavablarını açıqlayıblar. Buna uyğun da ümumi müzakirələr aparmışıq”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

Divan üzvü qeyd edib ki, Müsavat rəhbərliyinin görüşdüyü partiyalar əməkdaşlıqdan imtina etsələr də, həmin partiyalarla münasibətləri normaldır: “Müsavatda “Əməkdaşlıqdan imtina edən partiyalarla əlaqə qurmayacağıq” kimi qərar verilməyib. Bundan sonra da verilməyəcək. Biz partiyanı emosiyalarla deyil, məntiqlə idarə edirik. Konkret o məsələ ilə bağlı hər hansı qərarın verilməsi də gözlənilən deyil. Bunları cəmiyyət qiymətləndirməlidir”.

T.Abbaslı bu gün partiya Divanının icalsının keçiriləcəyini bildirib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bu məsələlərlə bağlı Divanın iclasında müzakirələrin aparılacağını deyib.

Qeyd edək ki, Müsavat Partiyası ötən ilin dekabrında bir neçə siyasi partiyaya müttəfiqlik və əməkdaşlıq sazişlərinin bağlanmasını təklif edib.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?