Modern.az

DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək

DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək

21 Fevral 2025, 11:14

Məlum olduğu kimi, fevralın 20-də ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlayıb.

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bununla əlaqədar özünün "YouTube" kanalında canlı yayım təşkil edəcək.

Canlı yayım bu gün saat 15:00-da başlayacaq.

DİM bəyan edib ki, abituriyentlər canlı yayımı izləyərək sənəd qəbulu ilə bağlı ətraflı məlumat ala və onları maraqlandıran sualları yaza bilərlər.

Səhifənin linki aşağıda yerləşdirilib:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü