Modern.az

Deputat: Azərbaycanlı uşaqlar xaricdə istirahət eləmək imkanı qazanacaq

Deputat: Azərbaycanlı uşaqlar xaricdə istirahət eləmək imkanı qazanacaq

22 Yanvar 2014, 15:38


Milli Məclis yaz sessiyasında “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinin müzakirəsi, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi gözlənilir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, uzun müddətdir ki, üzərində işlənilən və çox önəmli olan bu qanun bu sessiyada müzakirə olunacaq.

Millət vəkili onu da bildirib ki, yaz sessiyasında əksər qanunlara əlavə və dəyişikliklər olunacaq. O cümlədən “Ərzağın zənginləşdirilməsi ilə bağlı qanun layihəsi, nikaha girənlərin tibbi arayış təqdim etmələri ilə bağlı Ailə Məcəlləsində dəyişikliklərin olunması gözlənilir. “Ötən sessiyada Komitə tərəfindən 17 sənəd hazırlanıb plenar iclasda müzakirəyə verilmişdi. Bu sessiyada isə təxminən 20 sənədin təqdim olunacağı gözlənilir. Ümumiyyətlə, Azərbaycan parlamentində qanun yaradıcılığı prosesi bitib.  Əsas qanunlar 20 il müddətində qəbul olunub. Ona görə də indi əlavə və dəyişikliklərə, konvensiyalara qoşulmalara daha çox üstünlük verilməlidir”.

H. Rəcəbli “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsindən danışarkən qeyd edib ki, uşaqların istirahəti sahəsində dövlət siyasətinin əsas prinsipləri irqindən, milliyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın istirahət hüququ bərabərdir. “Uşaq istirahət müəssisələrində təhlükəsizlik və sağlam mühitdə yaşamaları üçün əlverişli şəraitin yaradılmasına, fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi istiqamətində siyasət həyata keçirilir. Sənəddə eyni zamanda uşaqların xaricdə istirahət etmək və asudə vaxtlarının təşkili məsələsi də öz əksini tapıb. Müzakirələrin yekunu olaraq mövcud qanunun daha təkmil formada hazırlamaq üçün işçi qrupu yaradılıb və bu işçi qrupu müzakirələr zamanı səsləndirilən təklifləri nəzərə almaqla qanun layihəsini yenidən təkmil formada hazırlayacaq”.

Məlumat üçün bildirək ki, işçi qrupuna Komitə üzvü Sədaqət Vəliyeva rəhbərlik edəcək. “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi 5 fəsil və 25 maddədən ibarətdir.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB