Modern.az

Azərbaycanda bu universitetdə dərslər ONLAYN keçiriləcək

Azərbaycanda bu universitetdə dərslər ONLAYN keçiriləcək

21 Fevral 2025, 12:52

Sosial şəbəkələrdə ADA Universitetində dərslərin dayandırılması ilə bağlı iddialar yayılıb.

Modern.az məsələ ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Qeyd edilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

Sizə yeni x var
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR