Modern.az

“Parçalanan Dünya Azərbaycanlıları Konqresi birləşəcək” - AÇIQLAMA

“Parçalanan Dünya Azərbaycanlıları Konqresi birləşəcək” - AÇIQLAMA

22 Yanvar 2014, 17:34

İki yerə bölünən Dünya Azərbaycanlıları Konqresi (DAK) yaxın zamanlarda bir təşkilat kimi birləşə bilər. Bu barədə DAK həmsədri, professor Paşa Qəlbinur deyib. O, Modern.az saytına açıqlamasında bildirib ki, məsələ ilə bağlı danışıqlar aparılır:
“Bu istiqamətdə ciddi işlər gedir. Şəxsən mən danışıqlarda iştirak edirəm. Əslində bizim digər DAK-la heç bir pis münasibətimiz yoxdur. Gələn il yəqin ki, hər iki DAK birləşərək vahid təşkilat olacaq”.

Xatırladaq ki, DAK-ın digər qanadına millət vəkili Sabir Rüstəmxanlı həmsədrlik edir.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB