Modern.az

Gülər Əhmədovadan mesaj: “Buyur gəl, münasibətlərimizi KİV-də deyil, hüquqi müstəvidə həll edək”

Gülər Əhmədovadan mesaj: “Buyur gəl, münasibətlərimizi KİV-də deyil, hüquqi müstəvidə həll edək”

Təhsil

23 Yanvar 2014, 08:43

Sabiq millət vəkili Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə bu gün saat 12-də baxılacaq. Prosesə hakim İlqar Murquzov sədrlik edəcək. 

Bu arada dünən G.Əhmədovanın vəkili Əfsər Talıbov ABU-nun sabiq rektoru Elşad Abdullayevin “Yeni Müsavat”a yolladığı müraciətə cavab verib. Ə.Talıbov bildirib ki, “500.000 min olsaydı videosunda Seva danışır” adlı videogörüntü hüquq müdafiəçisinin ofisində çəkilib və orada iştrak edən Sevinc Babayeva, Lyudmila Məmmədova ,Tavat Şirvanova kamera və mikrafon qarşısında oturduqlarını bilirdilər və bunu etiraf edirdilər: “Onları çəkilişin aparıldığı ofisə heç kim zor tətbiq etməklə aparmayıb, onlar çəkiliş zamanı sərbəst danışıblar və həmin danışıqların mövzusu heç kim tərəfindən yönləndirilməyib”... 

Ə.Talıbov bildirdi ki, sözügedən videodakı L.Məmmədova, T.Şirvanova bu xüsusatlarla bağlı nə istintaqda , nə də məhkəmə baxışı zamanı dindiriliblər. Vəkilin fikrincə, onlar həmin xüsusatlar üzrə Apelyasiya Məhkəməsində dindirilməlidirlər. 

  G.Əhmədovanın vəkili vasitəsi ilə “Elşad Abdullayev, buyur gəl, Apelyasiya Məhkəməsində iştirak et, Gülər Əhmədova ilə üzləş, ifadəni ver, aramizda olan münasibətləri KİV-də deyil, hüquqi müstəvidə həll edək”- deyə mesaj verib.   Vəkillə söhbətin geniş mətni musavat.com saytında yerləşdirilib  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB