Modern.az

Kiyevdə iki nəfər gözünü itirdi

Kiyevdə iki nəfər gözünü itirdi

23 Yanvar 2014, 10:54

Ukrayna paytaxtında qarşıdurmanın davam etdiyi Qruşevski küçəsində yaralananların sayı artmaqdadır. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, hər 15 dəqiqədən bir, yaxud iki yaralı tibb məntəqəsinə gətirilir. Tibb işçiləri hələ ki çox sayda xəsarət alanlara yardım göstərməyin öhdəsindən gəlirlər. Digər məlumata görə, son 4 saat ərzində ən az iki nəfər xəsarət nəticəsində gözünü itirib. Bundan əvvəl qarşıdurmalar nəticəsində 5 nəfərin öldüyü bildirilib. 

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB