Modern.az

Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

Təhsil

24 Fevral 2025, 11:30

Dünən – bazar günü Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

Təhsil İnstitutundan Modern.az-a verilən məlumata görə, yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.

Ümumilikdə 14.347 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər