“Lalə Şövkətə Avropaya səfərlə bağlı dəvət gəlib. Onun bu səfəri ilə bağlı konkret bir şey demək hələ tezdir”. Bunu Modern.az saytına ALP sədri Əvəz Temirxan deyib. Partiya sədri bildirib ki, Lalə Şövkət Bakıdadır.
“Lalə Şövkət hazırda Bakıda öz evindədir. O siyasi prosesləri diqqətlə izləyir, nəticələr haqqında analizlər verir və hər gün mütaliə edir”. Ə.Temirxanın sözlərinə görə, hər gün ALP lideri Lalə Şövkətlə əlaqə saxlayır.
Qeyd edək ki, Lalə Şövkətin üzdə görünün son siyasi fəaliyyəti Milli Şura ilə bağlı olub. Ancaq bir müddətdən sonra ALP lideri Milli Şuradan istefa verib.
Aqşin Kərimov