Modern.az

Milli Şurada yeni QALMAQAL

Milli Şurada yeni QALMAQAL

23 Yanvar 2014, 11:47


Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Milli Şurada təmsil olunan “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi və “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərovu xarici kəşfiyyata işləməkdə ittiham edib. Modern.az saytı xəbər verir ki, Hacıbaba Əzimov onları Milli Şuraya “El” Hərəkatının sədri Eldar Namazovun gətirdiyini bildirib.

M.Səfərov VAMBP sədrinin dediklərinə Milli Şuranın cavabını gözlədiklərini deyib. Onun sözlərinə görə, Milli Şura bununla bağlı münasibət bildirməsə, o, qurumla bağlı mövqeyində dəyişiklik edəcək.

Eldəniz Quliyev də bu məsələni Milli Şuranın iclasında qaldıracağını deyib.

Milli Şuranın sədri Cəmil Həsənli isə yaranmış duruma münasibət bildirmək istəməyib: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Tərəflərin özləri ilə bu məsələyə aydınlıq gətirsin”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB