Modern.az

Araz Əlizadə: “Sosintern” də Qarabağ müzakirə olunmayacaq”

Araz Əlizadə: “Sosintern” də Qarabağ müzakirə olunmayacaq”

Təhsil

23 Yanvar 2014, 12:05

“Sosialist İnternasionalının bu il nəzərdə tutulan iclasında Qarabağ məsələsi ilə bağlı hər hansı məsələ gündəliyə salınmayacaq”. Bunu Modern.az saytına Sosialist İnternasionalının (Sosintern) üzvü olan ASDP-nin  sədri Araz Əlizadə deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bu təşkilatda müzakirəyə çıxarılmır. ASDP sədrinin sözlərinə görə əsas səbəb təşkilatın konfliktin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu göstərməsidir.

Bu il Sosinternin keçirəcəyi iclas haqqında məlumat verən ASDP sədri təşkilatın toplantısının  yaz aylarında Kiyevdə ola biləcəyini qeyd edib. “Ancaq Ukraynada vəziyyət gərgin olaraq qalır. Ona görə məsələ qeyri-dəqiq olaraq qalır”-deyə A. Əlizadə söyləyib.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB