Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki sənədin müzakirəsi nəzərdə tutulub. Bunu Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. O, qeyd edib ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın hesabatı dinlənilib müzakirə olunacaq. Bundan başqa, Komitənin iclasında ərazi bölgüləri haqqında qanunvericiliyə dəyişikliklər olunacaq.
“Bu iki məsələ ilə yanaşı, yaz sessiyasının iş planı təsdiqlənəcək”, - deyə Tahir Rzayev əlavə edib.
Modern.az