Modern.az

“Dünən Rüstəm İbrahimbəyovla danışdım, Azərbaycana qayıdacaq”

“Dünən Rüstəm İbrahimbəyovla danışdım, Azərbaycana qayıdacaq”

23 Yanvar 2014, 12:59


“Dünən Rüstəm İbrahimbəyovla danışdım. Milli Şuradakı yeniliklərlə bağlı geniş müzakirə apardıq. Rüstəm bəy Milli Şura üzvlərinə onu fəxri sədr kimi saxladıqlarına görə təşəkkürünü bildirdi. Dedi ki, fəxri sədr olsa da, olmasa da Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək”.

Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, İbrahimbəyovun işləri bitəndən sonra ölkəyə qayıdacaq:
“Onun Kino Akademiyasında və “Oskar”la bağlı komissiyada kifayət qədər işi var. Amma bütün bunlara baxmayaraq, o, Milli Şura ilə də bağlı fəaliyyət göstərir. Rüstəm bəy Azərbaycana mütləq qayıdacaq, amma dəqiq tarix bəlli deyil. Ölkə təkcə indiki hakimiyyətin deyil ki”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB