Modern.az

Nazirlik: “Rəsulzadənin ev muzeyi müzakirələrdən sonra bəlli olacaq” - AÇIQLAMA

Nazirlik: “Rəsulzadənin ev muzeyi müzakirələrdən sonra bəlli olacaq” - AÇIQLAMA

Təhsil

23 Yanvar 2014, 13:09

“Məhəmməd Əmin Rəsulzadənin yubleyi ilə bağlı tədbirlər planı açıqlanıb. Amma ev muzeyinin yaradılması məsələsinin  olub-olmayacağını deyə bilmərəm”.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az saytına bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bütün hallarda müzakirələr aparılandan sonra nəsə demək olar.

“Hələlik deyəcək başqa bir sözüm yoxdur”-deyə İ.Hümbətov vurğulayıb.

Xatırladaq ki, dünən ADR liderinin ev muzeyinin yaradılması ilə bağlı saytımıza danışan nəvəsi Rəis Rəsulzadə bu məsələnin Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olduğunu bildirib.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB