Modern.az

Şagirdin yerdəyişməsinə hansı hallarda imtina verilir? – AÇIQLAMA

Şagirdin yerdəyişməsinə hansı hallarda imtina verilir? – AÇIQLAMA

25 Fevral 2025, 11:40

Şagirdlərin elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi xarici dil uyğunsuzluğudur.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

O bildirib ki, digər əsas səbəb yaşayış ünvanı ilə bağlıdır. Belə ki, bəzən məlumatlar düzgün yüklənmir və ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur.

O əlavə edib ki, əgər şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı olaraq imtina verilir:

“Lakin məktəb ucqar ərazidə yerləşirsə və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə təsdiqlənə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər