Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Modern.az