Modern.az

Respublikadakı çaylarda daşqınlar olub

Respublikadakı çaylarda daşqınlar olub

28 Sentyabr 2009, 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a  verilən məlumata görə sentyabrın ayının 27-də gün ərzində, 27-dən 28-nə keçən gecə və səhərədək yağan leysan yağışlar nəticəsində Respublikanın əksər çaylarında sululuq artb.
Lənkəran-Astara bölgəsinin ərazisindən axan Vəşəruçayın Daşdatük məntəqəsində suyun səviyyəsi 61, Viləşçayın Şıxlar məntəqəsində 56, Lənkərançayın Lənkəran məntəqəsində 80, Sifidor məntəqəsində isə 43 sm qalxıb.
Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Qaraçay, Kürmüçay, Hamamçay, Başdaşağılçay, Şinçay, Kişçay, Əyriçay, Küngütçay, Zəyzitçay, Dəhnəçay, Əlicançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və Türyançaydan qısamüddətli daşqınlar keçib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi