Modern.az

1 həftə qaldı: 75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

1 həftə qaldı: 75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

Təhsil

26 Fevral 2025, 11:47

Fevralın 20-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.

Modern.az-ın Dövlət İmtahan Mərkəzinin portalından əldə etdiyi məlumata görə, indiyədək 77 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin 68 minə yaxın Azərbaycan bölməsi üzrə, 8 minə yaxın rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75 mindən çox).

11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 67 mindən çoxdur.

Elektron sənədlərin qəbulu 1 həftə sonra, martın 5-də başa çatır. Ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular