Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Samsun şəhərində Üfüq Gökcan tərəfindən hazırlanan “Eyni torpağın fərqli cizgiləri” layihəsi çərçivəsində ibtidai və orta məktəb şagirdlərinin iştirak etdiyi 30 nəfərlik xor dərnəyi yaradılıb. Dərnəyin tanıtım mərasimində şagirdlər ermənicə mahnı oxuyublar.
May ayında konsert verməyə hazırlaşan qrup üzvləri 12 dildə mahnı oxuya bilirlər. Türk, gürcü, çərkəz, ərəb, erməni, makedon, rumın, Krım türkcəsi, alban, zaza, laz dilləri ilə yanaşı, onlar Azərbaycan dilində də mahnı ifa ediblər.
Rafiq Qənbərov