“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 9 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 1-i döyüş (nəfər erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir.
1- nəfər xəstəlikdən dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 5-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər) C.Sümərinli bildirib ki, onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 1-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.
Modern.az