Modern.az

Azərbaycanda 645 internat uşağı öz valideyninin yanına qayıdıb, 7 nəfərsə evsizdir

Azərbaycanda 645 internat uşağı öz valideyninin yanına qayıdıb, 7 nəfərsə evsizdir

24 Yanvar 2014, 10:22


2012-2013-cü tədris ilində uşaq evləri və internat məktəblərini bitirmiş 652 nəfər məzundan 7 nəfəri tam kimsəsizdir və onlar hazırda müəssisədə yaşayırlar. Modern.az-ın sorğusuna Təhsil Nazirliyindən belə bir cavab gəlib. Nazirlikdən bildirib ki, ötən tədris ilində məzunların 48 nəfəri ali məktəblərə, 23 nəfəri orta ixtisas təhsili müəssisələrinə və 72 nəfəri isə peşə liseylərinə daxil olub. 652 nəfərdən 9-cu sinfi bitirən (internat məktəblərində təhsil 9 illik olduğundan) 356 məzun təhsillərini ümumi təhsil məktəblərinin 10-cu sinfində davam etdirirlər. 11-ci sinfi bitirən, lakin təhsilini davam etdirməyən 18 yaşı tamam olmuş məzunlar isə iş yeri ilə təmin olunur və ya hərbi xidmətə çağırılırlar.

“Mövcud qanunvericiliyə əsasən, Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində yaşayan uşaqların məzun olanadək təhsili və tərbiyəsi ilə məşğul olur. Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş məzunların yaşayış yeri və iş yeri ilə təmin olunması ilə bağlı məsələlər mövcud qanunvericiliyə əsasən rayon, şəhər icra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir”-deyə Təhsil Nazirliyindən bildiriblər.  

Bununla yanaşı, Modern.az-ın sorğusuna cavab olaraq internat məktəblərindən və uşaq evlərindən məzun olmuş 7 nəfər kimsəsiz uşağın hazırda təhsil alıb yaşadıqları müəssisədə dövlət himayəsində saxlanıldığı bildirilib. Digərləri öz bioloji valideynlərinin və ya yaxın qohumlarının himayəsinə qaytarılmışdır.

 

 

  Gülşən Raufqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB