Modern.az

Moldovalı ombudsmana Azərbaycan bayrağı hədiyyə edildi - FOTO

Moldovalı ombudsmana Azərbaycan bayrağı hədiyyə edildi - FOTO

28 Yanvar 2014, 09:55

TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Moldova Respublikasının Parlament vəkili (Ombudsmanı) xanım Aureliya Qriqoriu ilə görüşüb. Görüş zamanı Moldovalı Ombudsman ötən ilin iyul ayının 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə" adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat verib və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışıb. Xanım Aureliya Qriroriu Yerevandakı çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmiş və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirmişdi.

Görüş zamanı xanım Aureliya Qriroriu təəssüflə bildirib ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun həmin ölkəni tərk etməsinə əngəllər yaradılmışdı. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdi.

Yerevandakı məlum çıxışından sonra Azərbaycanda qəhrəman kimi qarşılanan və Azərbaycan xalqının sevimlisinə çevrildiyini vurğulayan TURSAM rəhbəri Əhməd Şahidov bir daha moldovalı ombudsmana bu şücaətinə görə dərin təşəkkürünü bildirib və gələcəkdə bu istiqamətdə ikitərəfli əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Moldovanın da ərazi bütövlüyü ilə bağlı oxşar probleminin olduğunu diqqətə çatdıran ombudsman Azərbaycanda da bu konflikt barədə tədbirlərin keçirilməsini və Azərbaycan insanının da Dnestryanı münaqişə barədə məlumatlandırılmasını istəyib.

TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətlərini bütün dünyada yaydığına görə, Moldova ombudsmanı xanım Aureliya Qriroriuya üçrəngli Azərbaycan bayrağını və özünün qələmə aldığı "Sıfır Nöqtəsi" romanını hədiyyə edib.




Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB