Modern.az

Sertifikasiya olunmuş müəllimlərin tam statistikası: keçənlər, kəsilənlər...

Sertifikasiya olunmuş müəllimlərin tam statistikası: keçənlər, kəsilənlər...

Təhsil

14 Mart 2025, 09:30

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib.

Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib.

Təkcə ötən il 24 100 müəllim sertifikatlaşdırmaya cəlb edilib. İmtahanların nəticələrinə əsasən, 20 200 müəllim uğur qazanıb.

Bundan başqa, əvvəllər sertifikasiyanın test imtahanı mərhələsində keçid balı toplaya bilməyən 7 300 müəllim də 2024-cü ildə təkrar sertifikatlaşdırmaya cəlb edilib. Onlardan 3 400 müəllim prosesdən uğurla çıxıb. Təkrar sertifikatlaşdırmadan kəsilən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə xitam verilib.

Beləliklə, ümumilikdə 2024-cü ildə sertifikatlaşdırmadan uğurla keçmiş 23 500 müəllimdən  9 min nəfərin vəzifə maaşına 35%, 14 500 nəfərin vəzifə maaşına isə 10% əlavə tətbiq edilib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər