Modern.az

Arif Hacılı: “AŞPA-nın yeni sədri Müsavatın müttəfiqidir”

Arif Hacılı: “AŞPA-nın yeni sədri Müsavatın müttəfiqidir”

28 Yanvar 2014, 12:52


“An Brasserin sədr seçilməsini müsbət qiymətləndiririk. Avropa Şurasının qərarlarının qəbul olunmasında onun sədrinin elə də həll edici rolu yoxdur. Amma hər halda müttəfiqimiz olan bir şəxsin nüfuzlu bir quruma rəhbərlik etməsindən Azərbaycanın mənafeləri üçün istifadə etməyə çalışacağıq”. Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Avropa Şurası Parlament Assambleyasına (AŞ PA)

An Brasserin sədrlik etməsinə münasibət bildirərkən deyib.

Müsavat funksioneri Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib: “Azərbaycanda tənqid olunmalı məsələlər həddindən artıq çoxdur. Ölkəmiz Avropa Şurasına daxil olarkən bir sıra öhdəliklər götürüb. Siyasi məhbusların azadlığa buraxılması, ölkədə fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və mətbuat azadlığının, siyasi partiyalara bərabərhüquqlu rəqabət şəraitinin yaradılması kimi öhdəlik mövcuddur. Amma təəssüf ki, bu öhdəliklər yerinə yetirilmir”.

Qeyd edək ki, Liberal-Demokrat Alyansı fraksiyasının rəhbəri An Brasser AŞPA-nın iclaslarında Azərbaycan hökumətini kəskin tənqid edən deputat kimi tanınıb.

AŞPA-dakı liberal-demokrat alyansı Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasını (LDAP) təmsil edir. Bu quruma Avropa Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən liberal və liberal-demokratik yönümlü partiyalar daxildir. Partiya 2004-cü ildə Avropa Parlamentində liberal-demokrat alyans formalaşdırıb. Partiyanın Avropa Parlamentində 75 deputatla üçüncü yer tutur. AŞ PA-da bu partiyanın fraksiyası fəaliyyət göstərir. LDAP-ın AŞ PA-dakı fraksiyasına adıçəkilən Ann Brasser rəhbərlik edir. Lüksemburqdan olan bu xanım deputat Demokrat Partiyasını təmsil edir.

Qeyd edək ki, Azərbaycandan Avropa Uğrunda Liberal Demokrat Alyansının üzvü Müsavat Partiyasıdır. Ermənistanı Erməni Ümumilli Hərəkatı, Rusiyanı PARNAS və “Yabloko”, Gürcüstanı isə Respublikaçılar Partiyası və “Azad Gürcüstan” Partiyası təmsil edir.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB