Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi proqnozlaşdırılır. Güclü şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bu ərazilərdə yollar buz bağlayacaq. Şimal küləyi güclənəcək.
Aran rayonlarında yanvarın 29-da havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.
Modern.az